Nurlana Cəlilin dairəsində 2 məntəqə ləğv edildi

nurlana-celilin-dairesinde-2-menteqe-legv-edildi
Oxunma sayı: 1143

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən 110 saylı Zaqatala seçki dairəsindən daxil olmuş müraciətə baxılıb.  

“Qafqazinfo” xəbər verir ki, məsələ barədə MSK üzvü Bəxşeyiş Əsgərov məlumat verib. Namizədlər Həsənli Fariz və Nurlana Cəlil DSK-nın qərarının ləğv edilməsini istəyib.

MSK-nın araşdırmasının nəticəsi olaraq qərar verilib ki, 24 və 26 saylı məntəqələrdə seçkilərin nəticələri etibarsız hesab edilsin.

Şikayətçi Nurlana Cəlil çıxışında MSK-nın qərarından təəssüfləndiyini bildirib və qeyd edib ki, MSK üzvlərindən heç biri qərara etiraz etmir.

Günel Türksoy