Nursultan Nazarbayev azərbaycanlını təltif etdi

nursultan-nazarbayev-azerbaycanlini-teltif-etdi
Oxunma sayı: 1491


“Qafqazinfo” Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatına əsasən  xəbər verir ki, Qazaxıstan Azərbaycanlıları Assosiasiyasının İdarə heyətinin üzvü Şahverdi Babayev Azərbaycan və Qazaxıstan arasındakı dostluq münasibətlərinin inkişafına verdiyi töhfələrə görə "Qazaxıstan Xalqları Assambleyasının 20 illiyi" yubiley medalı ilə təltif edilib.

Qeyd edək ki, “Qazaxıstan Xalqları Assambleyası” 1995-ci ildə Qazaxıstan Respublikasında yaşayan milli azlıqlara dövlət qayğısı göstərmək və onların fəaliyyətini sistemləşdirmək məqsədi ilə yaradılıb. Assambleyanın sədri Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevdir.