Nuru Əliyevin komandası meydana çıxmaqdan imtina edib

nuru-eliyevin-komandasi-meydana-cixmaqdan-imtina-edib
Oxunma sayı: 1219

Fevralın 5-də keçirilməli olan “Neftçi” - “Rəvan” oyunu baş tutmaya bilər. Yayım məsələsinə görə dəyişdirilən görüşün taleyinin sual altına düşməsinə səbəb var.

“Qafqazinfo” futbolinfo.az-a istinadən xəbər verir ki, “Rəvan” futbolçuları qiyama hazırlaşır. Rəhbərlik 3 aydı vermədiyi maaşları hələ də ödəmədiyindən oyunçuların başqa yolu qalmayıb.

Əslində, “Xəzər Lənkəran”la səfər görüşü də baş tutmamalıymış. Amma son anda klub rəsmiləri futbolçulara vəd verərək onları cənub şəhərinə getməyə razı sala bilib. Futbolçular fevralın əvvəlində - “Neftçi”ylə oyunun hazırlığı başlayanadək maaşlarını alacaqlarına dair vədə inanıb Lənkəran səfərinə çıxıblar. İndi isə vəziyyət dəyişməyib – yenə də əmək haqları verilmir.

Artıq futbolçuların klub rəhbərliyinə inamının itdiyi bildirilir. İddia olunur ki, “Neftçi” ilə matça çıxmayacaqlarına söz veriblər. 

Qeyd edək ki, “Rəvan” klubunun sahibi “Nurgun Trading” şirkətinin prezidenti Nuru Əliyevdir.