Əməkdar artist Nüşabə Ələsgərlinin ATV kanalınında yayımlanan "Bizimləsən" proqramında halı pisləşib. “Qafqazinfo” xəbər verir ki, o, aparıcı Zaur Baxşəliyevin köməkliyi ilə studiyadan çıxarılıb. Ona dərman və su verilib.
Ələsgərli daha sonra proqrama qayıdıb, lakin səhhətinə görə verilişi yarımçıq tərk etməyə məcbur olub.
O, halının tez-tez dəyişdiyini söyləyib: “Anamın ölümündən sonra tez-tez belə oluram. Deyirəm, bəlkə mən də bacım kimi xərçəng xəstəsiyəm. Boğuluram, su da içə bilmirəm”.
Son xəbərlər
Son Xəbərlər