Nyu-York merindən həyəcan təbili

nyu-york-merinden-heyecan-tebili
Oxunma sayı: 3278

Nyu-York meri Bill de Blazio şəhərdə yoluxma faktlarının sürətlə artması fonunda süni tənəffüs aparatlarının kifayət sayda olmadığı barədə həyəcan siqnalı verib.

“Qafqazinfo” xəbər verir ki, o, bu barədə rəsmi tvitter hesabında açıqlama yayıb: “Kömək edə biləcək hər kəsə səslənirik, xahiş edirik, sizə ehtiyacımız var. Tibbi avadanlıqlara və könüllü tibb işçilərinə, bu böhrandan çıxmaq üçün çoxlu sayda dəstəyə ehtiyacımız var”. 

Hazırda xəstəxanalarda 150-yə yaxın süni tənəffüs aparatlarının olduğu və bu sayın ən yaxşı halda 3 gün müddətinə kifayət edəcəyi bildirilib. Lazım olan aparat sayının isə 100 dəfə çox olduğu qeyd olunub.

Qeyd edək ki, Nyu-York ştatı koronavirusa yoluxanların sayına görə ABŞ-da birinci yerdə qərarlaşıb. Ştat üzrə 123,018 insan koronavirusa yoluxub, 4,159 nəfər isə xəstəlik səbəbindən həyatını itirib.