Nyu-York merinin qızı aksiyada saxlanıldı

nyu-york-merinin-qizi-aksiyada-saxlanildi
Oxunma sayı: 1101

ABŞ-da polis tərəfindən öldürülən Corc Floyda görə davam edən etirazlarda saxlanılanlar arasında Nyu-York meri Bill de Blazionun qızı Çiara de Blazion da var.

“Qafqazinfo” CNN-ə istinadən xəbər verir ki, o, Nyu-Yorkun Brodvey və 12-ci küçələrinin kəsişməsində 100 nəfərlik bir qrupla yürüş edərkən saxlanılıb.

Nümayişçilərin polis tərəfindən “qanunsuz toplaşma"ya görə saxlanıldığı qeyd olunub.