Nyu-York metrosundakı atışmada yaralıların sayı artdı - Video+Yenilənib

nyu-york-metrosundaki-atismada-yaralilarin-sayi-artdi
Oxunma sayı: 4239

Nyu-York metro stansiyasında atışma baş verib.

“Qafqazinfo” “Reuters”ə istinadən xəbər verir ki, Bruklin metrosunun platformasında 13 nəfərin güllələndiyi bildirilib.

Hadisə saat 08:30 radələrində baş verib. Hadisə yerinə polis qrupları çağırılıb.

Polisin ilkin məlumatına əsasən, qaz maskası və narıncı tikinti jileti geyinmiş kişi hadisə yerindən qaçıb. Həmçinin, metroda partlayıcı qurğunun tapıldığı açıqlanıb.

***

ABC telekanalı xəbər verir ki, Nyu-York metrosunda atışma nəticəsində azı 16 nəfər yaralanıb.