Nyu-York və daha 3 ştatda bütün ticarət mərkəzləri bağlandı

nyu-york-ve-daha-3-statda-butun-ticaret-merkezleri-baglandi
Oxunma sayı: 1532

ABŞ-ın dörd ştatında koronavirusun yayılması səbəbindən bütün ticarət və əyləncə mərkəzlərinin bağlanmasına qərar verilib. “Qafqazinfo” bildirir ki, bu barədə Nyu-York ştatının qubernatoru Endrü Kuomo məlumat verib.

“Nyu-York, Pensilvaniya, Konnektikut və Nyu-Cersi cümə axşamı saat 20:00-dan (Bakı vaxtı ilə saat 04:00) etibarən ticarət və əyləncə komplekslərini, eləcə də boulinq mərkəzlərini müvəqqəti bağlayacaq”, - qubernator Tvitterdə yazıb.  

Kuomonun sözlərinə görə, bu cür tədbirlər insanların toplaşma və onların yeni virusa yoluxma riskini aşağı salacaq.

Qeyd edək ki, ABŞ-da 7 mindən çox koronavirus xəstəsi var, 115 nəfərə yaxın insan dünyasını dəyişib.