Nyu-Yorka əlavə hərbçilər göndərilir

nyu-yorka-elave-herbciler-gonderilir
Oxunma sayı: 2497

ABŞ koronavirusla mübarizə məqsədi ilə ştatlara əlavə minlərlə hərbçi göndərəcək. “Qafqazinfo” “TASS”a istinadən bildirir ki, bu barədə ölkə Prezidenti Donald Tramp məlumat verib.

“Bu, minlərlə hərbçi, hərbi tibb işçiləri, peşəkarlar, tibb bacıları və həkimlər olacaq. Onlar lazımi dərəcədə hazır olmadıqları müharibəyə, savaşa yollanacaqlar”, - ABŞ lideri deyib.  

Tramp qeyd edib ki, azı min hərbçi koronavirusun yayılmasının ocağına çevrilmiş Nyu-Yorka göndəriləcək.