Nyu-Yorkda atışma, ölən və yaralananlar var

nyu-yorkda-atisma-olen-ve-yaralananlar-var
Oxunma sayı: 1120

Nyu-Yorkda Lonq Aylend rayonunda supermarketdə atışma olub.

“Qafqazinfo” CNN-ə istinadən xəbər verir ki, silahlı şəxsin açdığı atəş nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Atəş açan şəxs gizlənib. Hadisədən sonra yaxınlıqdakı məktəblər bağlanıb, sakinlərə çölə çıxmamaq tövsiyə olunub.

Polis hadisəni törədən şəxsi axtarır.