Nyu-Yorkda “əcnəbi” və “qanunsuz miqrant” sözləri qadağan edildi

nyu-yorkda-ecnebi-ve-qanunsuz-miqrant-sozleri-qadagan-edildi
Oxunma sayı: 1370

Nyu-York Şəhər Şurası hüquqi sənədlərdə “əcnəbi” (alien) və “qanunsuz miqrant” (illegal migrant, illegal immigrant) işlədilməsini qadağan edən qanun qəbul edib.

“Qafqazinfo” “Daily Mail”ə istinadən xəbər verir ki,  şura üzvləri bu qərarın ölkədə artan irqçilik və polis zorakılığının qarşısının alınması məqsədilə verildiyini açıqlayıb. Səlahiyyətlilər bu sözlərin insanlara qarşı alçaldıcı olduğunu bildiriblər. Qeyd olunub ki, bununla Nyu-York ABŞ-da “əcnəbi” və “qanunsuz miqrant” sözlərinin hüquqi istifadəsini qadağan edən ilk şəhər olub.

Bu sözlərin yerinə isə sənədlərdə “vətəndaşlığı olmayan” (noncitizen) ifadəsinin işlədiləcəyi açıqlanıb.