Nyu-Yorkda fövqəladə vəziyyət elan edildi

nyu-yorkda-fovqelade-veziyyet-elan-edildi
Oxunma sayı: 2426

Nyu-York qubernatoru Endryu Kuomo fövqəladə vəziyyət elan edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, Tvitter hesabında yazıb. Kuomo bildirib ki, buna səbəb ştatda silahla yaralama cinayətlərinin artmasıdır.

Xatırladaq ki, iyulun 4-də ABŞ-da Müstəqillik günündə 150 nəfərə atəş açılıb. Nyu-Yorkda 21 atışma baş verib ki, nəticədə 26 nəfər ölüb. Bundan başqa, silahlı insidentlər Çikaqo, Texas, Virciniya, Ohayo, Dallas və Atlant ştatlarında da baş verib.