Nyu-Yorkda komendant saatı uzadıldı

Nyu-Yorkda komendant saatı uzadıldı
Oxunma sayı: 981

Nyu-York meri Bill de Blazio şəhərdə tətbiq olunan komendant saatının həftənin sonunadək uzadılması barədə qərar qəbul edib. “Qafqazinfo”nun məlumatına görə, bu barədə o, Tvitter hesabı vasitəsilə yayımlanan mətbuat konfrası zamanı bildirib.

Müvafiq qərar afroamerikalı Corc Floydun öldürülməsindən sonra şəhərdə davam edən qarışıqlıqlar fonunda qəbul edilib.

“Bu komendant saatı həftənin sonunadək davam edəcək”, - deyə Blazio qeyd edib.

Qeyd edək ki, bu həftə ABŞ-da baş qaldıran kütləvi etirazlar və iğtişaşlar mayın 25-də Minneapolisdə Corc Floyd adlı afroamerikalının polis tərəfindən saxlanılma videosunun internetə sızmasından sonra başlayıb. Belə ki, ağdərili polislər afroamerikalının əllərini qandallayıb və onu yola yıxıb. Onlardan biri C.Floydun “nəfəs ala bilmirəm” deməsinə baxmayaraq, onu boğmağa başlayıb. Bir qədər sonra afroamerikalı şəhər xəstəxanalarının birində vəfat edib. Mayın 26-da həmin 4 polis işçisi işdən çıxarılıb, onlardan biri saxlanılıb. Daha əvvəl bir neçə ştat və şəhərlərdə komendant saatı elan edilib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi