Nyu-Yorkda məcburi köçkünlərin geri qayıtmasından danışdılar

nyu-yorkda-mecburi-kockunlerin-geri-qayitmasindan-danisdilar
Oxunma sayı: 1137

Sentyabrın 23-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirakı çərçivəsində BMT-nin Qaçqınlar üzrə Ali Komissarı (UNHCR) Filippo Qrandi ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə Azərbaycan və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı arasında əməkdaşlığın perspektivlərinə və gündəlikdə duran humanitar məsələlərə dair fikir mübadiləsi aparılıb.

Həmçinin 2020-ci il 10 noyabr bəyanatına uyğun olaraq, məcburi köçkünlərin öz evlərinə qayıdışı məsələsi də müzakirə olunub.

Nazir Ceyhun Bayramov azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri, məcburi köçkünlərin bu ərazilərə geri qayıtması tədbirləri ilə bağlı qarşı tərəfə ətraflı məlumat verib.

Filippo Qrandi ətraflı məlumata görə öz təşəkkürünü ifadə edib və regionda davamlı sülhün əldə olunması məqsədilə iki dövlət arasında münasibətlərin bərpasının önəmli olduğunu bildirib.