Nyu-Yorkda peyvənd məcburiyyəti

nyu-yorkda-peyvend-mecburiyyeti
Oxunma sayı: 1558

ABŞ-ın Nyu-York şəhərində bələdiyyə işçiləri sentyabr ayının ortasına qədər koronavirusa qarşı vaksinasiyadan keçməlidirlər.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu məcburiyyətlə razılaşmayanlar hər həftə testdən keçməli olacaqlar.

Bildirilib ki, bu məcburiyyət müəllimlər və polislər də daxil olmaqla, bələdiyyəyə bağlı 340 min işçiyə aiddir.

Qeyd olunub ki, yoluxma sayındakı artıma baxmayaraq, hələlik qapalı məkanlarda hər kəsin maska istifadə etməsi ilə məcburiyyət tətbiq etməyi düşünmürlər.

Vaksinasiyadan keçməyənlər üçün qapalı məkanlarda maska taxmaq məcburidir.