Nyu-Yorkda peyvənd olunanlara pul mükafatı veriləcək

nyu-yorkda-peyvend-olunanlara-pul-mukafati-verilecek
Oxunma sayı: 1650

Nyu-York sakinləri 30 iyuldan etibarən vaksin vurdurmağa başlasalar, 100 dollar məbləğində mükafat alacaqlar.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir kİ, bu barədə şəhər rəhbərliyinin mətbuat xidməti məlumat yayıb. Peyvənd edilməzdən əvvəl pul almaq üçün onun tarixini şəhərin ixtisaslaşdırılmış saytında qeyd etmək lazımdır.

Qeyd edək ki, Nyu-Yorkda ümumilikdə 4,4 milyon nəfər tam vaksinasiyadan keçib.