Nyu-Yorkda qızılcaya görə fövqəladə vəziyyət elan olundu

nyu-yorkda-qizilcaya-gore-fovqelade-veziyyet-elan-olundu
Oxunma sayı: 719

ABŞ-ın Nyu-York şəhərində qızılca epidemiyası sürətlə yayılır.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, 258 nəfər bu xəstəliyə tutulub. Onlardan 21-i xəstəxanaya yerləşdirilib.

Yoluxma hallarının daha çox ultra-ortodoks yəhudi icmasının yaşadığı Villiamsburq və Borou Parkda qeydə alındığı açıqlanıb.

Mövcud vəziyyətlə bağlı Nyu-York şəhərinin meri Bill de Blazio fövqəladə vəziyyət elan edib. Bundan başqa, epidemiyaya qarşı məcburi vaksinasiya aparılması barədə göstəriş verilib. Bundan imtina edənlərin isə cərimələnəcəyi bildirilib.