Nyu-Yorkda testdən keçməmiş 3700 nəfər koronavirusdan ölüb

nyu-yorkda-testden-kecmemis-3700-nefer-koronavirusdan-olub
Oxunma sayı: 800

ABŞ-ın Nyu-York şəhərində testdən keçməmiş 3700 nəfərin COVID-19 səbəbindən öldüyü ortaya çıxıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Nyu-York Şəhəri Səhiyyə Departamenti açıqlama verib.

Açıqlamada ölən insanlarda qızdırma, öskürək və nəfəs darlığı kimi koronavirus simptomlarının olduğu və xəstəxanaya yerləşdirilmədən evlərində öldükləri bildirilib.

Qeyd edək ki, ABŞ-da koronavirusa yoluxanların sayı 614,246-ya çatıb, 26,064 insan xəstəlik səbəbindən həyatını itirib.