Nyu-Yorkda Tramp əleyhinə aksiya - Foto

nyu-yorkda-tramp-eleyhine-aksiya
Oxunma sayı: 648

ABŞ-da prezident Donald Trampa qarşı aksiyalar keçirilir.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, etiraz aksiyaları Nyu-York şəhərində “Trump Tower” göydələninin yaxınlığında keçirilir. Nümayişçilər Trampın yürütdüyü siyasətə etiraz edirlər.     

Onlar “Tramp və Pens rejimi getməlidir”, - deyə şüarlar yazılan plakatlar qaldırıblar.

Nyu-Yorkda etirazlar bazar günü başlayıb və Şarlottsvildə baş verənlərə, dövlət başçısının hadisələrə reaksiyasına cavab olub.