Nyu-Yorkdakı azərbaycanlılar sabah Bakıya gətiriləcək - Video

nyu-yorkdaki-azerbaycanlilar-sabah-bakiya-getirilecek
Oxunma sayı: 2379

“Xaricdən ölkəmizə vətəndaşların gətirilməsi mərhələ-mərhələ davam edir”.

“Qafqazinfo” xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib:

“Bu gün 130 nəfər vətəndaşımız Dağıstandan sərhəddən Azərbaycana keçirilib və karantinə alınıb. İndiyə qədər təkcə Dağıstandan 503 nəfər Azərbaycana keçirilib. Mayın 27-də isə Moskvadan 174 nəfər gətirilib.

Nyu-York-Bakı reysi ilə 210 nəfər vətəndaşımız iyunun 10-da Bakıda olacaq. 10 iyundan 30 iyunadək xaricdən çarter reysləri qrafikləri hazırlanır və hazırlıq yekun mərhələsindədir”.