Nyu-Yorkdan uçan təyyarə yanğına görə Bostona endi

nyu-yorkdan-ucan-teyyare-yangina-gore-bostona-endi
Oxunma sayı: 864

Nyu-York-London reysini həyata keçirən təyyarə Massaçusets ştatının Boston hava limanında təcili eniş etməli olub.

“Qafqazinfo”nun “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, buna səbəb göyərtədə baş vermiş yanğın olub. Ekipaj üzvləri yanğını söndürsələr də, aeroportda məcburi eniş qərarına gəliblər. 

Təyyarədə 217 sərnişin olub.

İnsident nəticəsində bir neçə nəfər yüngül xəsarət alıb.