"Qafqazinfo"ya daxil olan məlumata görə, İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Səbail rayonu, onun tarixi, rayonun bugünkü inkişafı barədə məlumat verib. O, gələn ay Bakı şəhərində keçiriləcək ilk Avropa Oyunldarına hazırlıqla bağlı Səbail rayonunda görülən işlərdən də söz açıb. Bildirib ki, ilk Avropa Oyunlarının məhz Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq aləmdə olan nüfuzunun artmasını göstərir.
Başçı Nyu-Yorkun Bruklin ilə Bakının Səbail rayonları arasında işgüzar münasibətlərin qurulmasının tərəflər arasında əlaqələrin daha da intensivləşməsinə, xüsusilə də mədəniyyət və turizm sahələrində qarşılıqlı təcrübə mübadiləsinə, eləcə də xalqlarımız arasında təmasların genişlənəcəyinə təkan olduğunu vurğulayıb.
Nümayəndə heyətinin rəhbəri, Bruklin-Bakı Dostluq Assosiasiyasının prezidenti Marietta Yusim-Rozental nümayəndə heyətinin Bakıda qarşılanması və onlara yaradılan şəraitə görə öz minnətdarlığını bildirib. O, Bakı şəhərinin gözəlliyinə heyran olduqlarını qeyd edərək şəhərdə qısa müddət ərzində çox böyük dəyişikliklərin olduğunu söyləyib.
Səfər günlərində qonaqlar Səbail rayonundakı görməli yerlər, park və xiyabanlar, yeni tikilmiş idman obyektləri ilə yaxından tanış olacaqlar.
Son xəbərlər
Son Xəbərlər