“O, 2 qol fürsәtini boşa verdi” - Svanadze

o-2-qol-furstini-bosa-verdi
Oxunma sayı: 944

"İnter"in baş mәşqçisi Zaur Svanadze "Kәpәz"lә matçdan sonra jurnalistlәrin suallarını cavablandırıb.

- İlk öncə qeyd etmək istərdim ki, bu gün meydanda yaxşı mübarizə var idi. Fərdi şəkildə yox, komanda halında yaxşı oyun getdi. Hər iki tərəf qələbə qazanmaq istəyirdi. Oyundan öncə iki futbolçumuz Fuad Abbasov Laşa Kasradze yaxınlaşaraq, oynaya bilməyəcəklərini bildirdilər. Buna səbəb onların zədəli olmas idi. Ümumiyyətlə, heyətdə zədəli futbolçularımız çoxdu.

- Komandadakı hücumçu probleminin səbəbini rəhbərlikdə görürsüz?

- Zədədən heç kim sığortalanmayıb. O ki qaldı hücumçu probleminə, maliyyə problemimiz olduğundan, yeni hücumçu transfer edə bilmədik.

- Fomenkonun oyunundan razı qaldınız? Oyun zamanı tez-tez ona etiraz edirdiz...

- Fomenokunun oyunundan razı qaldım. Baxmayaraq ki, o, iki qol fürsətini boşa verdi.