Deputatın köməkçisi Pərvin Rəhimov “Qafqazinfo” ilə əlaqə saxlayaraq qeyd edib ki, 18 saylı orta məktəbdə təmir işləri gedir: “Həmin ağacların kəsilməsi də şəxsən mənim iştirakımla müvafiq dövlət qurumunun nüayəndələrinin rəyi ilə baş tutub. Həmin məktubun sürəti də var. İstəyənlər gəlib tanış ola bilər. Nazirliyin yerli şöbəsinin iştirakı ilə ağacalar kəsilib. Burada icazəsiz ağac kəsilməsi məsələsindən söhbət gedə bilməz. Bu iş bir ay davam edib. Ərazinin şəkilləri çəkilib. Ağacların kəsilməsinə səbəb isə onların köklərinin kanalizasiya xəttinə qədər gedib çıxmasıdır. Bu da orada təmir işlərinin aparılmasına maneçilik törədib”.
***
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri İradə İbrahimova “Qafqazinfo” ya açıqlama verib. Nazirlik rəsmisi də ağacların icazə ilə kəsildiyini təsdiq edib:
“ Yeni dərs ilinə kimi məktəbdə təmir bərpa işləri gedir. Bir neçə ağacın budanmasına, bir neçəsinin də kəsilməsinə icazə verilib.
Ağacların kökləri kanalizasiya xəttini dağıtmışdı. Kəsilən hər bir ağacın yerində on dənə ağac əkilməsi şərti ilə buna icazə verilib. Burada başqa məqsəd güdülməyib. Həmin ağaclar da şəkildən göründüyü kimi təhlüksizlik baxımından da təhlükəli idi. Eyni zamanda ağaclar məktəblilərin həyatı üçün təhlükəli ola bilərdi. Nazirliyin mütəxəssisləri hadisə yerində olub. Başıxdan sonra təhlükəli ağacların kəsilməsinə, digərlərinin isə budanmasına icazə verilib.”.
Günel
Son xəbərlər
Son Xəbərlər