O, Almaniya tarixində ilkə imza atacaq - Fotolar

o-almaniya-tarixinde-ilke-imza-atacaq
Oxunma sayı: 9333

Xəbər verdiyimiz kimi, Almaniya Kansleri Angela Merkel dekabrın 2-si rəsmi olaraq vəzifəsini tərk edib. Yeni kansler isə “Sosial Demokrat Partiyası”nın namizədi Olaf Şolz olacaq.

“Qafqazinfo”nun məlumatına görə, Almaniyada artıq yeni hökumətin qurulması istiqamətində addımlar atılır və müxtəlif vəzifələrə namizədlərin adları açıqlanır.

Bu şəxlərdən biri də “Yaşıllar” partiyasının həmsədri Annalena Berbokdur. 40 yaşlı Berbok ölkənin ilk qadın xarici işlər naziri ola bilər. Partiyanın yaydığı məlumata görə, ölkədə yeni hökumət qurulduqda Berbok xarici işlər naziri vəzifəsini tutacaq.

Bildirilir ki, iki uşaq anası olan Berbok dekabrın əvvəlində bu vəzifəni üstlənəcək.

Qeyd edək ki, A. Berbok 2013-cü ildən etibarən Bundestaqın millət vəkilidir. O, 2018-ci ildən başlayaraq isə “Yaşıllar” partiyasının həmsədri olaraq çalışır. 2021-ci ilin aprelində isə partiyanın federal partiya rəhbərliyi 2021-ci ildə Almaniya Kansleri seçkilərinə onun namizədliyini irəli sürmüşdü.