“Qafqazinfo” xəbər verir ki, bu sözləri Milli Məclisin mayın 2-də keçirilən iclasında cari məsələlərin müzakirəsi zamanı millət vəkili, QHT-lərin Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev deyib.
Deputat qeyd edib ki, L. Yunusun fəaliyyəti başdanayağa Azərbaycan dövlətinin əleyhinə yönəlib və xüsusilə “fəaliyyət” xalq diplomatiyası altında aparılır: “Çox təəssüflər olsun ki, xalq diplomatiyası adı altında çirkin oyunlar aparılır. Bir qrup insanlar az qala bu məsələni inhisara alıblar. Özüsnüz də görürsünüz ki, həmin adamlardan biri olan L. Yunus Azərbaycan dilini necə təhqir edir. Bu dildən ancaq söyüş söyəndə istifadə edir. Bu gün bəzi səfirlər də bunun ətrafında sıx birləşib. Biz bütün QHT-lərə imkan yaratmışıq. Ancaq bu o demək deyil ki, bundan sui-istifadə edib dövlətçiliyimizin əleyhinə getməlidirlər”.
Spiker Oqtay Əsədov isə deputata “Sizin ağıllı çıxışınıza qulaq asdım”- deyə reaksiya verib.
“Siz həm də QHT-lərə Dövlət Dəstəyi Şurasının sədrisiniz. QHT-lərə layihələr üçün qrantlar ayırırsınız. Əgər layihələr varsa, onlar axıra çatmalıdır. Mən demirəm ki, bu bir nəzarət kimi olmalıdır. Amma hər halda bu məsələyə diqqət yetirmək lazımdır. Çünki vicdanlı, vicdansız QHT-lər də var. Mən təəssüf etdim ki, Beynəlxalq Şəffaflıq Azərbaycan Təşkilatı araşdırma təşkilatı olduğunu iddia etsə də, əslində o, bəzi təşkilatylar kimi qarışdırma ilə məşğuldur. Onlar öz hesabatlarında küçə yazılarını götürüb dərc edirlər. Bəzən bunu günahı bizim özümüzdə olur. Çünki onların dediklərinə reaksiya vermirik. Parlamentə qarşı haqsız iradlar bildirirlər. Milli Məclisi çox pis vəziyyətdə göstərirlər”.
Günel
Son xəbərlər
Son Xəbərlər