“O, bəzi səhvlər etdi...” - Şahin Diniyev

o-bezi-sehvler-etdi
Oxunma sayı: 1128

Azərbaycan Premyer Liqasının 24-cü turuna bu gün oyunla yekun vurulub. “Kəpəz” səfərdə “Rəvan”ı 3:1 hesabı ilə məğlub edib.

“Qafqazinfo” futbolinfo.az-a istinadən xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında “Kəpəz”in baş məşqçisi Şahin Diniyev qarşılaşmanı şərh edib:

“Üstümüzdə böyük yük var idi. Düşünürəm ki, oyunu düzgün qurduq. İlk hissədə nəticəni həll etmişdik. İkinci hissədə bəzi oyunçulara şans verdim. Budaqı sarı vərəqəsi olduğuna, Tadası isə Eyyub Əliyevin debüt etməsinə görə dəyişdim. Hesab 3:1 olandan sonra həyəcan keçirdim. Çünki “Rəvan” əks-hücumlarda yaxşı oynayan komandadı. Hesabı qoruya bildiyimizə görə sevinirəm. Tural Axundovun yoxluğu oyunumuza təsir etdi. Məcburən Şəhriyar Əliyevi onun yerində oynadırdım. Öz mövqeyində oynamadığı üçün istənilən futbolu sərgiləyə bilmədi. Bəzi səhvlər etdi. Ona görə də ona etiraz etdim”, - deyə baş məşqçi bildirib.