“O, bizdən əvvəlkindən 3 dəfə çox pul istədi”

o-bizden-evvelkinden-3-defe-cox-pul-istedi
Oxunma sayı: 634

Xəbər verdiyimiz kimi, “Qəbələ” Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində Polşanın “Yaqelloniya” klubu ilə qarşılaşıb.

“Qafqazinfo” xəbər verir ki, matçdan sonra “qırmızı-qaralar”ın vitse-prezidenti Fariz Nəcəfov oyunu şərh edib. Bildirib ki, yeni transferlərin oyunundan tam olmasa da, razı qalıb. 

Nəcəfov futbolçuların maaş məsələsinə də toxunub: “Bizdə elə bir sistem yoxdur ki, futbolçular özlərini yaxşı göstərdikdən sonra maaşlarını artıraq. Kvekveskiri bu il bizdən əvvəlki maaşından 3 dəfə çox pul istədi. Onun istədiyi maaşı verə bilmədiyimiz üçün komandadan ayrıldı. Heç bir futbolçunu komandadan səbəbsiz göndərməmişik. Biz də istəyirik daimi heyətimiz olsun. Belə olanda uğurda olur”.

Vitse-prezident qeyd edib ki, nə vaxt ki, klubun büdcəsi artacaq, komanda öz stadionu tikib bitirəcək, o zaman da “Qəbələ” elə Qəbələdə oynayacaq.