“O bölgədə enerji istehsalı tam şəkildə bərpa olunan enerjiyə keçiriləcək”

o-bolgede-enerji-istehsali-tam-sekilde-berpa-olunan-enerjiye-kecirilecek
Oxunma sayı: 717

“Ölkə başçısı İlham Əliyev tərəfindən Qarabağ və Şərqi Zəngəzur regionu ümumilikdə yaşıl enerji zonası elan edilib. Prezidentin Energetika Nazirliyinə tapşırığı əsasında biz hazırda bütün regionda yaşıl enerji zonasının tətbiqi ilə bağlı konsepsiya sənədi hazırlayırıq”.

“Qafqazinfo” xəbər verir ki, bunu “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumunda iştirak edən energetika naziri Pərviz Şahbazov jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, hazırda proses son mərhələdədir. “Konsepsiya imkan verəcək ki, bölgədə enerji istehsalı tam şəkildə bərpa olunan enerji vasitəsilə həyata keçirilsin. Həmçinin istehlak hissəsində də yaşıl texnologiyaların tətbiqi sahəsində yaşıl artıma nail olaq”. 

P.Şahbazov əlavə edib ki, bu, bütün işğaldan azad olunan ərazilərdə tətbiq olunacaq.

Gülnar Əliyeva