“O, bölgəni nə qədər tez tərk etsə, özü üçün yaxşı olar”

o-bolgeni-ne-qeder-tez-terk-etse-ozu-ucun-yaxsi-olar
Oxunma sayı: 4038

“Hesab edirik ki, bu şəxsin (Ruben Vardanyan-red.) Azərbaycana gəlişindən, onun orada “Baş nazir” təyin edilməsindən sonra Azərbaycan sərvətlərinin talan edilməsi istiqamətində işlər sürətlənib”. 

“Qafqazinfo” xəbər verir ki, nazir Azərbaycan tərəfinin Ruben Vardanyana dair cinayət işinin başladılması, onun beynəlxalq axtarışa verilməsini istisna etməyib: “Bizim mövqeyimiz ondan ibarətdir ki, həmin şəxsin istər Azərbaycan qanunvericiliyi, istərsə də beynəlxalq humanitar hüquq və konvensiyalara uyğun olaraq Azərbaycanın Qarabağ bölgəsində olması, qalması, yaşaması, Azərbaycanın istənilən dövlət qurumu üçün tərəf müqabili olması şansı yoxdur. Çünki bu adamın bu bölgə ilə heç bir bağlılığı yoxdur, onun valideynləri orada doğulmayıb. Belə olan təqdirdə o cinayət törətməsə belə, qanunsuz məskunlaşma anlamına düşür. Həmin adam bölgəni nə qədər tez tərk edərsə, bu onun özü üçün bir o qədər yaxşı olar”.

Eldar Tanrıverdi