“O çox dərrakəli oğlandır”

o-cox-derrakeli-oglandir
Oxunma sayı: 1773

ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenskinin Ağ Evə dəvət olunacağını bəyan edib.

“Qafqazinfo” “TASS” agentliyinə istinadən xəbər verir ki, o, səbrsizliklə Zelenski ilə görüşünü gözləyir.

“O çox dərrakəli oğlandır. Düşünürəm, o çox tez gələcək”, - deyə Tramp qeyd edib.

Xatırladaq ki, bir müddət əvvəl jurnalistlərə açıqlama verən Zelenski Trampla görüşünün sentyabrda keçiriləcəyini demişdi. İki ölkə liderlərinin danışıqları Vaşinqtonda baş tutacağı planlaşdırılır.