O da ABŞ prezidenti ilə görüşdü

o-da-abs-prezidenti-ile-gorusdu
Oxunma sayı: 1175

ABŞ prezidenti Donald Tramp İordaniya kralı II Abdulla ilə görüşüb.

“Qafqazinfo”nun “Reuters”ə istinadən xəbərinə görə, Ağ Evin nümayəndəsi görüşün Vaşinqtonda baş tutduğunu bildirib.

O, tərəflərin nəyi müzakirə etdikləri haqda məlumat verməyib.

Qeyd olunur ki, II Abdulla ABŞ-ın yeni administrasiyası ilə danışıqlar aparan ilk ərəb lideridir. O, vitse-prezident Mayk Penslə də görüşüb. ABŞ-a səfərindən öncə Trampla telefon əlaqəsi saxlayıb.