Serbiyalı yarımmüdafiəçi Sergey Milinkoviç-Saviç “Latsio”dan Səudiyyə Ərəbistanının “Əl-Hilal” futbol klubuna keçib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanından olan komandanın mətbuat xidməti məlumat yayıb.
Futbolçunun “Əl-Hilal”la müqaviləsi 3 mövsüm üçündür. O, mövsümdə 20 milyon avro qazanacaq.
Qeyd edək ki, Milinkovic-Saviç “Latsio”ya 2015-ci ildə “Genk”dən keçib. Ötən mövsüm o, “Latsio”nun heyətində 47 matçda iştirak edib, 11 qol vurub və 8 məhsuldar ötürmə edib. “Transfermarkt”ın məlumatına görə, serbiyalı futbolçunun dəyəri 50 milyon avrodur. O, Serbiya millisində 6 qol və 4 məhsuldar ötürmə edib.
Son xəbərlər
Son Xəbərlər