“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, 2014-cü ilin mayında tanış olan cütlüyün toy mərasimi yanvarın 4-ü 42 yaşlı aktrisanın evində baş tutub.
Diaz daha əvvəl mətbuata açıqlamasında evlənmək istəmədiyini bildirmişdi:
“Ər və ya evlilik həyatı axtarmıram. Sadəcə yaşayıram, həyatımda nəyi edib, nəyi etməyəcəyimi düşünmürəm. Hər kəs uşağının olmasını istəyir. Uşaq üçün evlənmərəm, uşağım olmasını istəsəm, evlilik olmadan da övlad dünyaya gətirə bilərəm”.
Qeyd edək ki, Diaz oktyabrda Bendji Meddenin evlilik təklifini rədd etmişdi. 35 yaşlı Meddin isə mətbuata açıqlamasında aktrisa ilə evlənmək istədiyini qeyd etmişdi.
Könül
Son xəbərlər
Son Xəbərlər