O da istefa verdi

o-da-istefa-verdi
Oxunma sayı: 1735

Ukrayna futbol millisinin baş məşqçisi Mixail Fomenko istefa verib.

“Qafqazinfo” Eurosport.ru‎-ya istinadən xəbər verir ki, o, komandasının Fransada keçirilən Avropa çempionatındakı uğursuz oyunlarından sonra bu addımı atıb. 2012-ci ildən bu vəzifəni icra edən Fomenko “Bizim qarşımıza qoyulan məqsədə çata bilmədiksə, bundan sonra milli ilə əməkdaşlığı davam etdirməyin nə mənası var?”, -deyərək futbolçularla vidalaşıb.

Qeyd edək ki, Ukrayna çempionatdan qolsuz və xalsız ayrılmışdı.