Türkiyənin məşhur “Kızılcık şerbeti” serialına yeni aktyor daxil olacaq.
“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, yeni sezondan serialda Fırat Çelik rol alacaq.
Aktyor serialda “Cemal” obrazını canlandıracaq.
Avqustun son həftəsində çəkilişlərə başlaması planlaşdırılan seriala bir neçə yeni personajlar da qoşulacaq.
Qeyd edək ki, Fırat Çelik “Fatmagülün suçu ne?”, “Gönül işleri” “Poyraz Karayel” “Yalı çapkını” və s. seriallarda oynayıb.


Son xəbərlər
Son Xəbərlər