O da Putini yarı yolda qoydu - - Paraddan imtina etdi

o-da-putini-yari-yolda-qoydu-
Oxunma sayı: 3248


“Qafqazinfo” xəbər verir ki, Özbəkistanın “Noviy vek” qəzetinin yazdığına görə, bu barədə məlumatı prezidentin mətbuat xidmətindən olan mənbə verib.

Mənbənin sözlərinə görə, Özbəkistanda da Böyük Vətən Müharibəsində qələbənin 70 illiyi geniş şəkildə qeyd ediləcək. Dövlət başçısı da həmin tədbirlərdə aktiv şəkildə iştirak edəcək.

Qeyd edək ki, daha əvvəl prezident İslam Kərimovun seçkilərdən sonra ilk səfərini Rusiyaya edəcəyi bildirilmişdi.

Xatırladaq ki, Kremlin rəsmi dəvətindən Polşa, Finlandiya, Cənubi Koreya, Çernoqoriya, İsrail, Bolqarıstan, Moldoviya, Litva, Latviya və Estoniya imtina edib.