O da “Sefirin kızı”ndan gedir

o-da-sefirin-kizindan-gedir
Oxunma sayı: 2813

Türkiyədə yayımlanan məşhur “Sefirin kızı” serialından daha bir aktyor ayrılır. “Qafqazinfo” xəbər verir ki, Neslihan Atagüldən sonra “Gediz” obrazını canlandıran Uraz Kayqılaroğlu qısa müddətdə ekran işi ilə vidalaşacaq.

Onun serialı təxminən 2 aydan sonra tərk edəcəyi deyilsə də, Neslihanın gedişi ilə ssenaridə dəyişiklik olub. Layihədə tamamilə yeni bir hekayə başlayacaq və bir-iki bölümdən sonra tamaşaçılar “Gediz Işık” obrazı ilə sağollaşacaq.

Qeyd edək ki, N. Atagül səhhətində yaranan problemə görə serialdan uzaqlaşıb. Sürətlə arıqlayan aktrisa sızan bağırsaq sindromundan (LGS) əziyyət çəkir.