Türkiyənin tanınmış müğənnisi Hakan Pekerin siyasətçi olacağı ilə bağlı məlumat yayılıb.
“Qafqazinfo” “Kelebek”ə istinadən xəbər verir ki, onun 2024-cü il martın 31-də keçiriləcək seçkilərdə Safranbolu bələdiyyə sədrliyinə namizəd olacağı iddia edilib.
Sənətçi, haqqında yayılan xəbərlərə sosial media hesabından cavab verib: "Nə bilmək olar. İncəsənət və mədəniyyət şəhəri illər əvvəl YUNESKO-nun tarixi irs şəhərləri arasında yerini alıb. Mənim çox gözəl layihələrim var. Hələlik buna qismət deyək...”
Qeyd edək ki, 62 yaşlı müğənni fəaliyyətinə rəqqas olaraq başlayıb. O, “Ateşini yolla bana”, “Bir efsane”, “Camdan Cama”, “Karamela” və.s mahnıları ilə məşhurlaşıb. Üç dəfə ailə həyatı quran sənətçi hazırda subaydır.

Son xəbərlər
Son Xəbərlər