O da Xalq artisti oldu- - Tam siyahı

o-da-xalq-artisti-oldu-
Oxunma sayı: 12129


Prezident İlham Əliyev “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına və mülki işçilərinə fəxri adların verilməsi haqqında” sərəncam imzalayıb. 

“Qafqazinfo” xəbər verir ki, sərəncamla Azərbaycan Respublikası Silahlı Qüvvələrində tibb xidmətinin yaranmasında, şəxsi heyətin sağlamlığının qorunub saxlanılmasında fədakar əməyinə, Azərbaycanda təhsilin inkişafında xidmətlərinə və Azərbaycan Respublikası Silahlı Qüvvələrində uzunmüddətli səmərəli fəaliyyətinə, Azərbaycan mədəniyyətinin, o cümlədən incəsənətinin inkişafında və təbliğində, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsində xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib:

“Xalq artisti”

Qəniyev Heydər Anatollu oğlu – gizir

“Əməkdar incəsənət xadimi”

Kərimov Anar Elman oğlu – polkovnik-leytenant

Axundzadə Rüfət Yusif oğlu – mayor

“Əməkdar artist”

Hacıyev Rafiq Cəlil oğlu – mayor

“Əməkdar həkim”

Həsənov Qurban Qeybqulu oğlu – tibb xidməti polkovniki

“Əməkdar müəllim”

Abbasov Abbas Fətulla oğlu

Bağırova Təyibə İbrahim qızı.