O da “Yalı çapkını”nda rol alacaq

o-da-yali-capkininda-rol-alacaq
Oxunma sayı: 4358

Türkiyədə reytinq rekordları qıran və hazırda mövsüm finalı edən “Yalı çapkını”nın sentyabr ayında nümayişi planlaşdırılan sezonunda seriala yeni aktyor daxil olacaq.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, yeni sezonda tanınmış aktyor Tarık Emir Tekin rol alacaq.

Belə ki, aktyor “Halis ağa”nın nəvəsi obrazını canlandıracaq.

Qeyd edək ki, serialın baş rollarını Afra Saraçoğlu və Mert Ramazan Demir canlandırır.