O dəhşətli gündən 1 il keçdi...

o-dehsetli-gunden-1-il-kecdi
Oxunma sayı: 3623

Bakının Binəqədi rayonundakı yaşayış binasında baş verən dəhşətli yanğından 1 il keçir.

Qafqazinfo” xatırladır ki, yanğın nəticəsində 15 nəfər ölmüş, 50 nəfər xəsarət almışdı.

Hadisəyə səbəb kimi binanın üzlənməsində istifadə olunan “poliuretan” material göstərilib.

Hadisə ilə bağlı “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov, Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov həbs ediliblər.