Uruqvay millisinin ulduzu Luis Suares bu gün Portuqaliyaya qarşı keçirəcəkləri matçdan öncə açıqlama verib. “Qafqazinfo”nun məlumatına görə, təcrübəli forvard rəqibin heyətində xüsusən Pepeyə qarşı oynamaqdan söz açıb.
“El Pistolero” ləqəbli ulduz işinin bununla məhdudlaşmayacağını deyib: “Portuqaliya millisi son Avropa çempionudur. Onlarla qarşılaşma əlbəttə ki, çox çətin olacaq. Müdafiədə Pepe kimi futbolçu var.
O, uzun illər İspaniyada oynadı. Dünyanın ən yaxşı müdafiəçilərindən biridir. Amma mənim üçün bu görüşdə iş təkcə ona qarşı oynamaqla yekunlaşmır. Kompakt oynamalıyıq. Avropa çempionu ilə üz-üzəyik. Fərdi bacarıqlara görə bir üstünlük əldə edə bilərsiniz, ancaq meydanda 11 oyunçu var. İlk növbədə bunu düşünməliyik”.
Son xəbərlər
Son Xəbərlər