“O festival Azərbaycana veriləcək bütün sualların cavabıdır” - Video

o-festival-azerbaycana-verilecek-butun-suallarin-cavabidir
Oxunma sayı: 4184

“Dünən və ötən gün Şuşada – Cıdır düzündə baş verən proses nəinki Azərbaycan üçün, bütün dünya üçün bir örnək, bütün dünya üçün bir nümunə, bütün dünya üçün bir dərslik oldu. O festival hər şeyin cavabı idi”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Qafqazinfo” portalının baş direktoru Elbrus Ərud Cıdır düzündə keçirilən “Xarıbülbül” festivalı ilə bağlı təəssüratlarını “Real intervyu” ilə bölüşərkən deyib.

E.Ərud bildirib ki, festivalın özü ayrıca bir kitab, film mövzusudur:

“Onu CD-lərə köçürüb bütün dünyaya, beynəlxalq tədbirlərə göndərmək lazımdır. O festival Azərbaycana veriləcək bütün sualların cavabıdır. Azərbaycan xalqı bütün dünyaya öz kimliyini göstərdi. 2 gün Azərbaycanın varlığı, musiqisi, sənəti, tolerantlığı, multikulturalizmi nümayiş olundu. 2 gün Azərbaycanda yaşayan azsaylı xalqların nümayəndələri “Azərbaycan” dedi”.

Müsahibəni geniş şəkildə təqdim edirik: