O, Fransanın ilk qadın əks-kəşfiyyat rəisidir

o-fransanin-ilk-qadin-eks-kesfiyyat-reisidir
Oxunma sayı: 2394

Selin Berton Fransanın Daxili Təhlükəsizlik Baş İdarəsinə (əks-kəşfiyyat) rəhbər təyin edilib.

“Qafqazinfo” xəbər verir ki, o bu postu tutan ilk qadındır.

Onun təyinatı barədə Fransanın daxili işlər naziri Jerald Darmanen “X” sosial şəbəkəsində məlumat verib:

“Bu gündən etibarən Selin Berton Daxili Təhlükəsizlik Baş İdarəsinin yeni baş direktorudur”.

Qeyd edək ki, əks-kəşfiyyatın rəhbəri kimi Berton dekabr ayında Fransa Xarici Kəşfiyyat Baş İdarəsinin rəisi təyin edilmiş Nikolya Lerneri əvəz edib.