O gün gəlmişdi... - Video

o-gun-gelmisdi
Oxunma sayı: 1888

Türkiyənin TRT televiziyası türk dünyasının şəhərləri silsiləsindən olan verilişinin bu həftəki buraxılışını Şuşaya həsr edib.

“Qafqazinfo” xəbər verir ki, proqramda 28 il sonra erməni işğalından azad edilən azərbaycanlıların mədəniyyət paytaxtı Şuşadan danışılıb.

Verilişdə Şuşanın tarixindən, mədəniyyətindən, tarixi-mədəni sərvətlərindən, təbii gözəlliklərindən bəhs edilib.

Həmçinin, Qarabağın rəmzi şəhəri kimi qəbul edilən Şuşanın tanınmış bəstəkar və musiqiçilərinə görə “Azərbaycan musiqisinin beşiyi” kimi təqdim edilib.