Fransa millisinin baş məşqçisi Didye Deşam dünya çempionatının ¼ final mərhələsində Uruqvaya qarşı keçirəcəkləri matç öncəsi jurnalistlər önündə çıxış edib.
“Qafqazinfo” xəbər verir ki, o, komandanın gənc ulduzu Kilyan Mbappedən də danışıb:
“Mbappe gənc ulduzdur. Gələcəyi üçün böyük işıq görünür. Dünya çempionatında belə çıxış etmək onun yolunu açır. O, özünü Uruqvayla matça yüksək səviyyədə hazırlayıb. Uruqvayla matçda nə edə biləcəyini görəcəyik.
Bütün bunlara baxmayaraq Kilyan öyrənməlidir. Onun yaşında olan hamı öyrənir. Oyuna gəlincə, Argentinaya qarşı yaxşı oynadıq. Çıxışımız əla idi. Ümid edirəm ki, bunu davam etdirib Uruqvaya da qalib gələcəyik. Rəqibin heyətində bir çox ulduzlar var. Kavani və Suaresi xüsusi qeyd etmək lazımdır”.
Son xəbərlər
Son Xəbərlər