“Qafqazinfo”ya daxil olan məlumatda bildirilir ki, şər və böhtan dolu bu sənəd geniş ictimaiyyətin, o cümlədən parlamentin mayın 2-də keçirilən iclasında deputatların narazılığına və tənqidinə səbəb olub:
“Ara-sıra bəzi KİV-lərdə ölkənin siyasi sistemi və parlamenti haqqında gedən qərəzli məlumatları toplayıb hesabat adı ilə cəmiyyətə təqdim edən bu qüvvələrin fəaliyyəti millət vəkillərində haqlı suallar doğurub.
Bundan narahat olan “Transparency İnternational” təşkilatının Azərbaycan üzrə bölməsi sağlam tənqidi qəbul etmək əvəzinə növbəti böhtan xarakterli bəyanatla çıxış edib. Onların iddiasına görə yuxarıda adı çəkilən hesabatın hazırlandığı dövrdə parlament rəhbərliyinə göndərilən sorğuya guya cavab verilməyib. Əslində isə qurumun Milli Məclisə ünvanladığı 2013-cü il 2 sentyabr tarixli 02/09/B-Tİ-Az-03 saylı sorğusuna həmin il sentyabrın 18-də geniş və ətraflı cavab verilmiş, bununla bağlı cavab məktubu onların [email protected] e-mail ünvanına göndərilib”.
Son xəbərlər
Son Xəbərlər