“O, insanlığa yaraşmayan hərəkət etdi” - Zaur Axundov

o-insanliga-yarasmayan-hereket-etdi
Oxunma sayı: 1127

“İnter” Premyer Liqanın ilk turunda doğma meydanında “Qəbələ”yə 1:2 hesabı ilə uduzub.

 “Qafqazinfo” xəbər verir ki, oyundan sonra paytaxt klubunun prezidenti Zaur Axundov jurnalistlərə müsahibə verib.

 - Komandanın oyunundan razı qaldım. Ciddi itkilərə baxmayaraq yaxşı çıxış etdik. Gözlədiyimdən də yaxşı oyun sərgilədik. Futboldu, belə şeylər olur. Ciddi itkilərlə, zədələrlə, Rauf Əliyein futbola və insanlığa yaraşmayan hərəkət etdi. Komadanı atıb qaçmasına baxmayaraq bu gün “İnter”dən razı qaldım. 2-3 yüz faizli qol şansı əldən verildi. Belə şeylər normaldı. Hər vurulan qol olsaydı, futbolda basketbol hesabı olardı.

- “İnter” turdan-tura güclü çıxış edə bilər. Komandanın yüksək yerlərdən birini tutacağına inam var?

- Əlbəttə, inanmasaydım, burda olmazdım. Transfer cəzamız var. Qışa qədər bacardığımızı edəcəyik. Nizami Hacıyevlə Fuad Bayramovun da zədəli olması işimizi çətinə salıb. Ehtiyat oyunçular skamyamız kasaddır. “İnter” “Qəbələ”dən nəinki geri qalırdı, hətta bir çox komponentlərdə üstələyirdi.

 - Yenidən Rauf Əliyev məsələsinə qayıdaq. Hücumçu Albaniyanın “Kukesi” klubu ilə müqavilə imzalayacaq. Hətta açıqlamanızda bildirmişdiniz ki, Rauf “İnter”də qalacaq...

- Komandamızla Raufun 2018-ci ilin iyununun 30-na qədər rəsmi müqaviləsi var. Tam hüquqi müqavilədir. Çox böyük səhvə yol verdi. Əliyevin özünə də dedik. Müqaviləni Albaniya klubuna göndərdik. 1-ci gün ingilis dilində olan sazişi də qarşı tərəfə göndərəcəyik. Raufun hansı ağılla Albaniyaya getdiyini başa düşmürəm. İnanmıram ki, qayda-qanunları pozsunlar.

- “İnter”ə qayıtsa, qəbul ediləcək?

- Başqa variantı yoxdur, qayıtmalıdır. Müqaviləsi var, komanda belə durumdadır. O, komandanı yarı yolda atıb qaçıb.

- “Kukesi” təzminat ödəsə, necə olacaq?

- Bizə heç bir təklif edilməyib. O, komanda bizə müraciət etməyib.

- Raufun ora nə səbəbə getdiyini bilmirsiz?

- Raufla 2-3 ay söhbətimiz olub. Özüylə də söhbət etmişdim. Komanda axtarırdı. Ancaq mən gələndən sonra dedi ki, Zaur müəllim, siz gələndən inamımız artıb, sizinləyik. Danışığımız belə oldu. Üstəlik, müqavilə də var. 2-3 yaşlı uşağın ağlı belə etdi. Uşaq da belə etməzdi. Hansı ağılla ora gedibsə, bilmirəm. “Kukesi” inanmıram ki, FİFA-nın qaydalarını pozsun.

- Komanda adını rəsmən nə vaxt “Keşlə” edəcək?

- Hüquqi məsələlər var. Hələlik, “İnter” adıyla çıxış edirik.

- Adrian Skarlatake ilə müqavilə yeniləndi?

- Bəli, hər kəslə müqavilə imzaladıq. Hamı razıdır. Təkcə, Rauf Əliyevin bu hərəkəti olmasaydı...