“Qafqazinfo”ya məlumat verən kənd sakinlərinin sözlərinə görə, iki il əvvəl “Qafqazinfo”da “Belə məktəbdə dərs keçmək olar?” başlığı ilə yayımlanan xəbərdən sonra məsul şəxslər hadisə yerinə gedərək məktəbin taleyi ilə maraqlanıblar və yeni məktəbin tikilməsi ilə bağlı qərar qəbul ediblər.
On aya ərsəyə gələn müasir standartlara cavab verən məktəb təkcə şagirdlərin deyil, valideynlərin, bütün kənd sakinlərinin sevincinə səbəb olub. Onlar yeni məktəblərinə görə, prezident İlham Əliyev başda olmaqla bütün məsul şəxslərə təşəkkür ediblər.

Son xəbərlər
Son Xəbərlər